Nyu-Yorkda koronavirusa yoluxanların əksəriyyəti Asiyadan yox, Avropadan gələnlərdir.
Axar.az xəbər verir ki, bu məlumatı “Nyu-York Tayms" qəzeti yayıb.
Məlumata görə, koronavirus Nyu-Yorkda ilk yoluxma faktı qeydə alınmazdan bir neçə həftə öncə yayılmağa başlanıb.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 432 132-yə çatıb, onların 14 817-si ölüb. Ölənlərin 4571 nəfəri Nyu Yorkun payına düşür.
