|
Sahil Babayev: “Gəlir mənbəyi olanların müraciəti işi ləngidir”

“Haqqı olan hər kəsə ödəniş olunacaq”.

Musavat.com-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı danışarkən deyib.

Nazir vurğulayıb ki, əmək müqaviləsi ilə işləyən şəxslərin də birdəfəlik ödəniş almaq üçün müraciətləri olur: “Birmənalı şəkildə bilməliyik ki, dəstək sosial cəhətdən həssas təbəqəyə aiddir.

Gəlir mənbəyi olanların işsizliklə bağlı müraciət etməsi sadəcə işi ləngidir, sistem yüklənir. Biz bu məsələləri aydın şəkildə bəyan edirik ki, sonra suallar yaranmasın”.