|
Əfv edilənlər arasında "Azərbalıq"ın sabiq prezidenti də var

Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

Sərəncama əsasən azadlığa buraxılanlar arasında “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayev də var.

Ə.Mustafayev 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Hökmə əsasən ev dustaqlığında olan Ə.Mustafayev məhkəmə zalında həbs edilmişdi.

Ə.Mustafayev dələduzluqda suçlanırdı.