|
Ağsuda oğurluq edənlər tutuldu - FOTO - VİDEO

Ağsuda rayonunda silsilə oğurluq hadisəsi baş verib.

Rayon sakinləri Talıbov Zülfüqar Dadaş oğlu, Vəliyev İlqar Afət oğlu və Ağammədov Dəyanət Diqqət oğlu müxtəlif vaxtlarda Ağsu rayon polis şöbəsinə müraciət edərək onlara məxsus evdən, marketdən və "Topaz" mərc oyunları zalından oğurluq olması barədə məlumat veriblər.

Sakinlərin müraciətinə əsasən Ağsu rayon polis şöbəsinin əməkdaşlarının apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, həmin oğurluğu törədən şəxslər 24 yaşlı Ağsu rayon sakini Dadaşzadə Hüseyn Zülfüqar oğlu və 25 yaşlı əvvəllər məhkum olunmuş Kürdəmir rayon Pirli kənd sakini Eyvazov Samir Tahir oğludur. Ağsu rayon polis şöbəsinin əməkdaşları onların hər ikisini şübhəli şəxs qismində saxlayaraq polis şöbəsinə gətiriblər.

İlkin dirdirmə zamanı onlar etdiklər oğurluq əməlini etiraf ediblər.Ümumilikdə onlar rayon sakinləri Zülfüqar Talıbovun yaşadığı evdən 1 265 manat İlqar Vəliyevə məxsus Ağsu rayonunda yerləşən “Orxan” marketdən 472 manat Dəyanət Ağammədova məxsus “Topaz” mərc oyunları zalından isə 150 manat məbləğində müxtəlif çeşidli mallar o cümlədən ərzaq malları, texniki avadanlıqlar, ev əşyaları və lotereyalar oğurlayaq vətəndaşlara 2 000 manata yaxın ziyan vurublar.

Hazırda faktla bağlı Ağsu rayon polis şöbəsinin istintaq qrupunda cinayət işi açılıb və istintaq işləri aparılır.

Bundan başqa, Ağsu rayon polis şöbəsində onların digər cinayət əməlinin olub-olmaması barəsində də araşdırmalar davam etdirilir.