|
Azərbaycanda daha 2 nəfər koronavirusdan vəfat etdi

Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

CIA.AZ Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahına istinadən məlumat verir ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilmişdir.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.