|
Azərbaycanlı deputat vəfat etdi

Rusiyanın İvanovo şəhər Dumasının deputatı, tanınmış iş adamı və bu ölkədəki diaspor fəallarımızdan olan Sərraf Məmmədov aprelin 4-nə keçən gecə 55 yaşında vəfat edib.

Bu barədə Axar.az-a mərhumun yaxınları məlumat verib.

Məlumata görə, o, bir müddət öncə əməliyyat keçirib.

S.Məmmədov Rusiyada tanınmış iş adamlarından hesab olunurdu.

Allah rəhmət eləsin!