Ermənistanda koronavirusa yoluxanların sayı 770-ə çatıb.
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, son sutka ərzində daha 43 nəfərdə COVİD-19 pandemiyasının əlamətləri aşkarlanıb. Erməni rəsmilərinin məlumatına görə, ölkədə koronavirusdan ölənlərin sayı 7-dir.
Ermənistan koronaviruslu xəstələrin sayına görə Azərbaycan və Gürcüstanı qabaqlayır.
Qeyd olunub ki, xəstəlikdən sağalanların sayı 31 nəfərdir, 7 nəfər isə koronavirusdan ölüb.
