|
Karantin rejimində evdən çıxan vətəndaşların nəzərinə

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilir.

Mətbuat konfransında çıxış edən Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyinə aydınlıq gətirib.

Əziz Baqişov qeyd edib ki, bununla bağlı yaxın saatlarda ətraflı məlumat veriləcək.

"Bundan sonra evdən çıxmaq üçün elektron qaydada icazə alınacaq. Bununla bağlı ictimaiyyətə ətraflı şəkildə məlumat veriləcək"- deyə Ə.Baqişov söyləyib.

Əziz Baqışov bildirib ki, vətəndaş evdən çıxan zaman elektron sistemdə hara getməsi, nə məqsədlə evdən çıxması barədə məlumat veriləcək.

Evdən çıxan vətəndaşın mütləq şəkildə şəxsiyyət vəsiqəsi üzərində olmalıdır.

"Xidmətdə olan polis əməkdaşları vətəndaşa yaxınlaşan zaman onların elektron icazəsini özlərində olan planşetlə yoxlayacaq"- deyə DİN rəsmisi bildirib.