|
Umayra Tağıyevaya yeni vəzifə verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə Umayra Tağıyeva xidmətin rəhbəri təyin edilib.

"Bu təyinata qədər o, Milli Hidrometeorologiya Departamentinin direktoru olub.

Umayra Tağıyeva 1990-cı ildən​ hidrometeorologiya sahəsində çalışır.