Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilən xüsusi karantin rejimi səbəbindən bir çox obyektlər fəaliyyətlərini müvəqqəti olaraq dayandırılıb. Eyni zamanda bu gün saat 00:00-dan etibarən insanların küçəyə çıxmasına da qadağa tətbiq ediləcək.
Musavat.com xəbər verir ki, bu gündən etibarən küçələrdə qəzetlərin satışını ( qəzetdən əlavə qida və digər məhsulların da satıldığı) həyata keçirən kösklər də fəaliyyətini dayandırıb. Bakının müxtəlif yerlərində yerləşən bu kökslərin nə zaman yenidən fəaliyyətə başalayacağı məlum deyil.
Qeyd edək ki, martın 19-dan etibarən ölkədə çap mediası da fəaliyyətini dayandırılıb. Hazırda yalnız qəzetlərin elektron versiyaları fəaliyyət göstərir.
