ABŞ-ın energetika naziri Den Bruyyet rusiyalı həmkarı Aleksandr Novakla dünya neft bazarlarındakı volatillik problemini müzakirə edəcək.
Bu barədə TASS müxbirinə ABŞ Energetika Nazirliyinin mətbuat katibi Şeylin Hayns iki ölkə prezidentinin telefon danışığını şərh edərkən məlumat verib: “Nazir Bruyyet rusiyalı həmkarı nazir Aleksandr Novakla neftin nəhəng hasilatçıları ilə indiki görünməmiş təlatümlü dövrdə dünya bazarlarında yaranmış volatillik problemini həll etməyin yollarını müzakirə edəcək”.
Mətbuat katibi bu zaman müzakirələrin harada və nə vaxt aparılacağını açıqlamayıb.
Qeyd edək ki, dünən prezidentlər Donald Tramp və Vladimir Putinin uzunmüddətli telefon danışığında əsas müzakirə olunan məsələlərdən biri məhz dünya neft bazarındakı vəziyyət olub. Prezidentlər məsələ ilə bağlı energetika nazirlərinin müzakirələr aparması barədə razılığa gəliblər.
Onu da bildirək ki, Rusiyanın Urals markalı nefti 16 dollara, ABŞ-ın WTI nefti isə 20,2 dollara satılmağa başlayıb.
