|
Bu il ali məktəbələrə qəbul imtahanları ləğv olunacaq?

Kamran Əsədov: “Təhsildə bizi yeni dövr gözləyir”

 Koronavirus infeksiyası ilə bağlı olaraq orta və ali məktəblərin, eləcə də məqtəbəqədər təhsil müəssisələrinin tətil müddəti 2020-ci ilin aprelin 20-dək uzadılıb.  Dövlət İmtahan Mərkəzi tərəfindən 5, 12 və 19 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları, 19 apreldə keçirilməli olan rezidenturaya qəbul imtahanı təxirə salınıb. Eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı dəyişdirilib.  Bəzi iddialara görə, koronavirus təhlükəsi uzun çəkərsə, bu ilki qəbul imtahanları ləğv oluna bilər.

Qeyd edək ki, Təhsil Nazirliyi orta məktəb şagirdlərinin əsas fənlər üzrə zəruri biliklərini nəzarətdə saxlamaq üçün “Mədəniyyət TV” və “ARB Günəş TV” vasitəsi ilə teledərslər  təşkil edir. Təbii ki, bu da şagirdlərin təhsildən yayınmasının qarşısını qismən alır. Lakin bu, xüsusən də qəbul imtahanlarına hazırlaşan 11-ci sinif şagirdləri üçün o qədər də yetərli deyil. Ekspertlər də qeyd edir ki, abituriyentlərin tədris prosesindən ayrı düşməsi təsirsiz ötüşməyəcək.

Beləliklə, hazırda abituriyentləri və onların valideynlərini düşündürən əsas sullar bunlardır:

  1. Qəbul imtahanlarında keçirilməyən dərslərlə bağlı suallar test imtahanlarına salına bilərmi? 2.Ümumiyyətlə, 2020-2021-ci illəri əhatə edəcək ali məktəbələrə qəbul imtahanları ləğv oluna bilərmi?

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirlikdən bildirildi ki, qəbul imtahanlarının vaxtı və  digər məsələlərlə  bağlı müzakirələr aparılır.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı musavat.com-a danışıb. Ekspert  dərslərə fasilənin yaranmasının daha çox 1-4-cü və 9-11-ci sinif şagirdlərinə mənfi təsir göstərə biləcəyini deyib:

“Hal - hazırda qüvvədə olan qərara görə orta və ali məktəblər ən yaxşı halda 20 apreldə yenidən tədris prosesini bərpa edə bilər. Nəzərə alsaq ki, 3 martdan etibarən ölkə ərazisində bütün tədris və bununla bağlı olan bütün fəaliyyətlər dayandırılıb, bu o deməkdir ki, geri qayıdanda kifayət qədər mövzu məsafəsi yarana bilər. Dərslərdə fasilənin yaranması daha çox 1-4-cü  və 9-11-ci siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərə bilər. Belə ki, 1-4-cü siinflədə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər.

Xaricdə Təhsil üzrə Dövlət Proqramı” bərpa edilməlidir” - Kamran ...

Tədris dili, riyaziyyat və xarici dil üzrə ən ümumi məqamlarla əlaqəli tapşırıqlar sual kitabçasına daxil edilir. İndiki halda mart ayının 20-nə, tətilə görə isə 27-nə qədər dərslərin olmaması həmin bacarıqların unudulmasına, yaddan çıxmasına səbəb olmamalı idi. Digər tərəfdən isə kurikulumun tələbinə görə şagirddə həyatı boyu formalaşdırılan ümumi bacarıqlar: dinləmək, anlamaq, oxumaq, yazmaq, müqayisə etmək, hesablamaq və s. zəruri həyati bacarıqlar yaradılmalıdır və həmin bacarıqlar 10-15 gün ərzində unudula bilməzdi. Lakin ölkədə tədris prosesində tətilin mddəti öncədən proqnozlışdırılandan da  çox oldu. Belə ki, 4472 orta məktəbdə təhsil alan 1.5 milyon şagird, 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbə azı 60 gün təhsildən kərlaşacaqlar ki, bu da kifayət qədər uzun bir müddətdir. Tədris prosesinin pozulması buraxılış sinif və kurslarında təhsil alanların işini çətinləşdirir. Onlarln iyun və oktyabr ayında hərbi xidmətə çağırılacağını nəzərə alsaq, xüsusi  hal kimi onlara hərbi xidmətdən möhlət hüququ verilməlidir. Hal-hazırkı qanunvericiliyə görə yaşı tamam olmuş və sağlam oğlan uşaqları müddətli hərbi xidmətə çağırılırlar. Amma 11 sinif şagirdlərinə bütün imtahan və qəbul prosesi başa çatana qədər hərbi xidmətdən möhlət hüqununun veriləcəyini düşünürəm”.

Ekspert builki qəbul imtahanlarının ləğv oluna biləciyi ehtimallarından da danışıb:

“Bütün hallarda hətta oktyabr və noyabr ayları olsa belə, qəbul imtahanları keçiriləcək. Bu həyata keçirilməsə, müəyyən spesifik ixtisaslar üzrə sonradan kadr çatışmazlığı yarana bilər. Bu eyni zamanda ali təhsil müssisələrinin normal iş rejimini də pozar”.

Kamran Əsədov distant təhsilin önəmindən də söz açıb:

“Koronavirus  dünyanın siyasi, iqtisadi, sosial, mədəni vəziyyətini köklü şəkildə dəyişdi. Biz birdən-birə  yeni, virtual dünyaya daxil olduq. Bu yenilik təhsil sisteminə də öz təsirini göstərdi. Artıq online, məsafədən təhsil dövrü başlayıb. 2009-cu ildən qanuvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə heç bir iş görülmədi. Amma tətil elan edildikdən sonra məlim oldu ki, distant – məsafədən təhsil çox zəruridir. Aşağı siniflərdə övladları təhsil alan valideyinlər də tətil müddətində əlavə çalışma və tapşırıq materialları alıb uşaqların mütəmadi dərs işləməsinə nəzarət etməlidir. Bunlardan əlavə 9 və 11 siniflərdə təhsil alan şagirdlər Dövlət İmtahan Mərkəzinin YouTube  kanalından mövzuların izahatını izləməli, DİM-in okt.az portalından dövlət sınaqları ilə bilk və bacarıqlarını yoxlamalıdıarlar ki, tədris bərpa olunandan sonra keçiriləcək imtahanlarda yaxşı nəticə əldə etsinlər.

Düşünürəm ki, pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, eyni zamanda orta məktəb səviyyəsində belə distant – məsafədən online təhsil mümkün olacaq və biz virtual məktəblərin şahidi olacağıq. Koronavirus pandemiyasından sonra da online təhsilin davam edəcəyini düşünürəm. Çünki bu təhsilin əlçatımlı olması üçün çox zəruridir. Belə ki, bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq. Distant təhsil təhsil xərclərini də azaldacq ki, bu da təhsil alanların daha çox və fərqli istiqamətlərdə özlərini inkişaf etdirməuə imkan verəcək. Nəzərə alsaq ki, təhsil verənlər üçün təhsil alanlara lazimi bilik və bacarıqları çatdırmaq üçün online sistemdə böyük yerlər lazım deyil, lazımı avadanlıqlar qurulmiş balaca otaqlar belə yetərlidir, bu da öz növbəsində təhsil alanların öz evlərində təhsil alması ilə vaxt və məsafə itkisini azaltmağa gətirib çıxaracaq.

Düşünürəm ki, pandemiyadan sonra hətta qəbul imtahanlarının, elekrton ərizə qəbulunun online olması mümkndür. Müəyyən proqram təminatı formalaşdırmaqla imtahan iştirakçıları olduqları yerdən imtahanda iştirak edə bilcəklər. Dərsliklərin də elektron formatda istifadə olunacağı bir dövr gəlib çatıb. Ümumilikdə bizi yeni bir dövr gözləyir”.

Təhsil Nazirliyi yanında İctimai Şura üzvü Nadir İsrafilov modern.az saytına açıqlama verərkən bildirib ki, bu ilki qəbul imtahanlarında ixtisaslar üzrə keçid ballarının aşağı salınması, aralıq müddətində keçirilməyən materialların imtahan suallarına salınmaması təklif oluna bilər. Nadir İsrafilov imtahanların tamamilə ləğv olunmasının da tərəfdarı olmadığını deyib:

“Əgər vəziyyət sabitliyə doğru gedərsə, həyat öz əvvəlki axarına düşərək, aktiv proseslərə başlanılarsa kompensasiya stimulu kimi buraxılış və qəbul imtahanlarını birləşdirməklə təkpilləli vahid imtahan prosesinə keçid etmək olar. Razılaşaq ki, dünya təcrübəsində uzun illərdən bəri tətbiq olunan təkpilləli vahid imtahan sisteminə keçid bizdə ona görə ləngiyib ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. Artıq belə bir problem yoxdur, çoxdandır ki, “ikihakimiyyətliyə” son qoyulmaq yolu ilə öz həllini tapıb. Yəni, hər iki imtahanı vahid bir qurum TQDK, sonradan isə səlahiyyətləri daha da genişləndirilən və DİM adlandırılan eyni qurum həyata keçirir. Belə bir modeli tətbiq etməklə məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini azaldar, eyni zamanda vətəndaşları da, dövləti də əlavə xərclərdən azad edə bilər, gəncləri əlavə stressdən, bir ay ərzində iki dəfə psixoloji təzyiqə məruz qoymaqdan çəkinmək kimi zəruri bir məsələni həll edə bilərik. Bir də ki, təhsilalanların yekun qiymətləndirilməsinin yeni qaydalarının hazırlanması ilə bağlı rəsmi anons hələ bir neçə il bundan qabaq verilmişdi. Artıq, alternativ təhsil almaq və imtahan tətbiq etmə metodları barədə düşünməyin zamanıdır”.