|
Koronavirusun yeni əlaməti ortaya çıxdı:

Koronavirusun bu günə qədər bilinməyən əlaməti ortaya çıxıb. Belə ki, ABŞ-da aparılan araşdırmaya görə, koronavirusa yoluxan hər 30 xəstənin 1-də gözün selikli qişasının iltihabı - konyuktivitə rast gəlinib.

Amerika Oftalmoloji Akademiyası gözün qızarması, konyuktivit əlamətini də koronavirusun simptomları arasına daxil edilməsinin gərəkliyini vurğulayıb. Mütəxəssilər qeyd edib ki, konyuktivit əlaməti olan və qızdırma, təngnəfəslik simptomları yaşayanlar koronavirus şübhəsi ilə təcili həkimə müraciət etməlidir.

Akademiyanın araşdırmalarından belə məlum olur ki, artıq “koronavirusa daha çox yaşlılar yoluxur” düşüncəsi də dəyişə bilər. Çünki koronavirus səbəbi ilə ABŞ xəstəxanalarında müalicə alan 20-44 yaşlarında xəstələrin sayı heç də az deyil. Statistikaya görə, bu yaş qrupunda olan 705 xəstənin 100/21-i sağalıb, 100/2-si ağır vəziyyətdə reanimasiyaya köçürülüb, 0,2 faizi isə dünyasını dəyişib.