|
“Pegasus” ölkədaxili aviareyslərə bir aylıq fasilə verib

Türkiyənin “Pegasus” aviaşirkəti aprelin 30-dək ölkə daxilində bütün uçuşları ləğv edib.

AZƏRTAC şirkətin saytına istinadla xəbər verir ki, bu qərar yeni tip koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə qəbul olunub. Şirkət satılmış biletlərin geri qaytarılması və dəyişdirilməsi ilə bağlı müştərilərə güzəştli təkliflər edib.