|
“Dua edirik ki, hərarətimiz yaxşı olsun”-

4 il sonra Amerikadan Bakıya qayıdan və karantində olan müğənni İlhamə Qasımova izləyicilərinə əsəbləşib.

İfaçı bir izləyicisinin "Elə bil sanatoriyadasız. Bir az da xəstələrimizdən göstərin. Maşallah, bunun kefi yerindədir. Görək karantinə alınan xəstələrimiz necədir" sözlərinə sərt reaksiya verib:

"Dediyiniz bu "sanatoriyada" tək deyiləm. Bütün London və ABŞ-dan gələn həmvətənlərimiz buradadır. Hər gün bu "sanatoriyada" dua edirik ki, hərarətimiz yaxşı olsun. Burada işləyən həkimlərə və fövqəladə işçilərə təşəkkür edirik ki, onlar da bizimlə karantindədirlər. Siz karantinlə xəstələrin xüsusi yerləşdirildiyi xəstəxana arasında fərqi anlayın. Doğrudan da xəstələrin qeydinə qalırsınızsa, bu mesajı yazmaqdansa, təhlükəsizlik qanunlarına riayət edin. Yox, əgər kiminsə yaxşı vəziyyətdə "karantin" günlərini saymağına qibtə edirsinizsə, arxasıyca belə şərhlər yazırsınızsa, daha sözüm yoxdur".