|
İspaniyada koronavirus kabusu artır

İspaniyada bu gün koronavirusdan ölənlərin sayı dünənlə müqayisədə 493 nəfər artaraq 4 min 858 nəfərə çatıb.

Həmçinin son 24 saat ərzində ölkədə 6 273 yeni yoluxma faktı aşkarlanıb. Bununla da ümumilikdə İspaniyada koronavirusa yoluxanların sayı 64 min 59 nəfərə çatıb. 

Qeyd edək ki, İspaniyada koronavirusa yoluxma və virusdan ölmə faktı əsasən paytaxt Madriddə müşahidə olunmaqdadır.  Belə ki, bu günə qədər virusdan ölənlərin 2000-dən çoxu paytaxt Madriddə qeydə alınıb.

Həmçinin digər şəhərlərdə, Kataloniyada 880, Bask bölgəsində 180 ölüm halı baş verib.

Xatırladaq ki, ölkə ərazisində karantin müddəti aprelin 12-dək uzadılıb.