Xəbər verildiyi kimi Rusiyanın məşhur müğənnisi, xalq artisti Lev Leşşenko koronavirusa yoluxub. 78 yaşlı qocaman ulduz təcili xəstəxanaya çatdırılıb.
Ruisya mətbuatının xəbərinə görə, L.Leşşenkonun xəstələnməsi hər kəsi qorxuya salıb və indi ölkənn şou-biznesi əsl panika içindədir.
Belə ki, xalq artistinin mart ayının 11-də ABŞ-dan Fransanın Marsel şəhərində dayandıqdan sonra Rusiyaya döndüyü məlum olub.
Xəstəliyin əlamətləri hələ təyyarədə ortaya çıxsa da müğənni öncə buna fikir verməyib və hətta məşhur teleaparıcı Andrey Malaxovun rusiyalı aktrisa və müğənni Velentina Tolkunovanın xatirəsinə həsr olunmuş şousunda da iştirak edib.
Burada Lev Leşşenkodan başqa Angelina Vovk (77 yaş), Larisa Rubalskaya (74 yaş), Arkadi Ukupnik (67 yaş), Gennadi Xazanov (74 yaş) və digər incəsənət və əyləncə dünyasının tanınmış simaları olublar. Yaşlarından göründüyü kimi onların hamısı koronavirus üçün riskli qrupda hesab edilirlər.
Üstəlik Lev Leşşenko mart ayının 13-də bəstəkar İqor Krutoyun bacısı, Alla Krutoyun ad gününə də təşrif buyurub. Burada isə Nikolay Baskov, Oleq Qazmanov, Vladimir Vinokur, Aleksandr Rozenbaum, Aleksandr Serov, İrina Alleqrova, Valeri Leontyev və İqor Nikolayev kimi Azərbaycan tamaşaçılarına da çox yaxşı tanış olan artislər əyləniblər.
Ən son məlumata görə, artıq İqor Nikolayev də nevmoniya diaqnozu ilə Moskvanın Kommunarka qəsəbəsində koronaviruslu xəstələrin olduğu xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta ağır olduğu söyləynilir.
