|
Azərbaycan XİN Abxaziyada qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 22 mart 2020-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır".

Musavat.com xəbər verir ki, Azərbaycan XİN-in Abxaziyada qondarma “prezident seçkiləri” ilə bağlı bəyanatında deyilir:

"Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".