Dünənki kəskin qiymət enişindən sonra dünya bazarında neftin bahalaşması müşahidə olunur. Musavat.com TASS-a istinadən xəbər verir ki, bu gün səhərdən neftin qiymətində 6,1 faizlik artım baş verib.
Hazırda Londonun ICE birjasında Brent markalı neftin bir bareli 26,42 dollara satılır.
Nyu-York birjasında WTI neftinin qiymətində isə 12,3 faizlik artım baş verib və bir bareli 23,4 dollara satılmağa başlayıb.
