Türkiyədə 3 nəfər koronavirusdan qorunmaq üçün saxta içki qəbul edib. Onlardan 2-si dünyasını dəyişib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Zeytunburnu bölgəsində bir evdə kirayədə yaşayan 3 nəfər spirtli içki qəbul ediblər.
Səhər dostları onlardan xəbər ala bilmədiyi üçün polisə məlumat veriblər. Mənzilin qapısını sındıran polis əməkdaşları orada iki nəfərin cansız bədənini aşkar ediblər. Məlum olub ki, ölənlər Türkmənistan vətəndaşları A.Əsgər və E.Narmuratdır. Mənzildə ağır vəziyyətdə tapılan P.Doskabul isə hazırda komadadır.
Polis əməkdaşları müəyyən ediblər ki, hər 3 şəxs xeyli miqdarda saxta spirtli içki qəbul ediblər.
Bildirək ki, dünən Türkiyədə Türkmənistan vətəndaşı olan K.Ereş də şaxta içkidən dünyasını dəyişmişdi.
Araşdırmalar zamanı məlum olub ki, saxta içkidən zəhərlənən Türkmənistan vətəndaşlarına həmin içkini satanlar elə öz həmyerliləri olub. Həmin şəxslər polis tərəfindən saxlanılıb.
Türkiyə mətbuatının yazdığına görə saxta içkidən zəhərlənən şəxslər koronavirus təhlükəsindən qorunmaq üçün həmin gün spirtli içkilər qəbul ediblər.
![]()
