|
Estoniyada koronavirusa yoluxanların sayı 225 nəfərə çatıb

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 25 nəfər artaraq 225-ə çatıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Virusa yoluxanların əksəriyyətində yüngül simptomlar müşahidə edilir.

Qeyd edək ki, Estoniyada yanvarın 31-dən indiyədək 1625 nəfərdən analiz götürülüb və koronavirus diaqnozu qoyulan ilk xəstə artıq sağalıb.