|
Qənirə Paşayeva: “İnsanlarımız bu virusa ciddi yanaşmalıdır”

Milli Məclisin deputatı Hikmət Babaoğlu bu fikirləri parlamentin bu gün keçirilən iclasında söyləyib.

Bildirdi ki, virusla yanaşı informasiya pandemiyası da təhlükəlidir: “İnsanlara vaxtında və düzgün məlumat yayılmalıdır ki, panikaya yol verilməsin. Tibbi ləvazimatların möhtəkirliyi ilə məşğul olan ayrı-ayrı qruplar ifşa olundu. Biz ictimai münasibətlərdə məsuliyyət məsələsini önə çəkməliyik. Azərbaycanda ictimai gigiyeniya məsələsi yüksəkdir. Azərbaycan xalqı bu virusla mübarizədə özünü səfərbər etməyi bacardı. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar öz evlərini həmin ölkələrdə olan həmvətənlərinə təklif etdilər”.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva də öz növbəsində panikaya yol verməməyə, amma təhlükəni ciddiyə almağa çağırdı: “İtaliyada insanların koronavirus təhlükəsini ciddiyə almamaları ölkədə bu virusun sürətli yayılmasına səbəb oldu. Ona görə də insanlarımız bu virusa ciddi yanaşmalıdır”. Deputat bildirdi ki, insanlar bu virusla mübarizəyə ciddi yanaşmalıdır: “Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi təlimatlarının həyata keçirilməsində fəal olmalıyıq. Əgər fəal olarıqsa, biz bu virusun qarşısını tez bir zamanda almış olarıq”.

Q.Paşayeva bu məsələdə mətbuatın rolunu yüksək qiymətləndirdi.