|
Milli Məclis daxili nizamnaməyə dəyişiklik etdi-koronavirusa görə

Milli Məclisin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev hökumətin koronavirus təhlükəsi ilə bağlı xəbərdarlıq və təlimatından bəhs etdi. Qeyd etdi ki, parlament də hökumətin tələblərinə, təlimatlarına əməl etməlidir. Ona görə də deputat təkrarlanan çıxışların dayandırılmasını və qanun layihələrinə dəyişikliklərin operativ şəkildə qəbul olunmasını zəruri saydı.

Parlament sədri Sahibə Qafarova Daxili Nizamnaməyə dəyişiklik olunmasını təklif etdi. Bildirdi ki, çıxışlar üçün reqlamentin 10 dəqiqədən 3 dəqiqəyə endirilməsi zərurəti yaranıb.

Məsələ səsə qoyuldu, 100 nəfər lehinə, 2 əleyhinə olmaqla dəyişiklik qəbul edildi.