|
Elman Nəsirov: “Düşmən gözəgörünməzdir, təhlükəlidir, hücuma keçib”

Milli Məclisin plenar iclasında çıxış edən deputat Elman Nəsirov koronavirus təhlükəsindən bəhs etdi. O, bu virusun ortaya çıxartdığı fəsadlar haqda fikirlərini bildirərkən “düşmən gözəgörünməzdir, təhlükəlidir, hücuma keçib” deyərək təhlükənin ciddiliyindən bəhs etdi.

Deputat Vahid Əhmədov isə söz alaraq müzakirələrin dayandırılmasını təklif etdi. Sədr təklifi səsə qoydu, 103 lehinə, 3 əleyhinə olmaqla müzakirələr dayandırıldı.

Qeyd edək ki, deputatların bu kimi təklifləri ilk dəfədir ki, sədarət tərəfindən nəzərə alınır və dərhal səsə qoyulur.

Bundan sonra İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər səsə qoyuldu və yekdilliklə qəbul edildi.