Milli Məclisin plenar iclasında müzakirələr davam edir.
Deputat Fazil Mustafa ““Səsə qoyun”, deyənlərin də, təkid edənlərin də öz hüquqları var, bu hüquqlara hörmət etmək lazımdır”, deyərək müzakirələrin kəsilməsini təklif edənlərə reaksiyasında bildirdi və israrla söz aldı. F.Mustafa dedi ki, koronavirusla mübarizədə əsas faktor vətəndaş intizamıdır, nə spirtdir, nə maskadır. “Biz hər vətəndaşın yanına bir tibb bacısı, bir polis qoya bilmərik. Yalnız maarifçiliklə kifayətlənmək olmaz. Qorxutmasan, Azərbaycan cəmiyyətində hələ də xeyli insan bunu lağlağıya çevirib, qeyri-ciddi yanaşmaqdadır. Qanunvericiliyə dəyişikliyi dəstəkləyirəm. Məncə, koronavirusla bağlı ayrıca qanunun qəbul olunmasına da ehtiyac var. Koronavirus prosesi başa çatandan sonra bu qanun da qüvvədən düşəcək”.
