Milli Məclisin plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Parlament sədri çıxışında dedi ki, koronavirus səbəbindən dünyanın bir çox ölkələri bu təhlükəli virusun qarşısını almaqdan ötrü vacib işləri həyata keçirir. S.Qafarova Azərbaycanın Baş nazirinin koronavirusla bağlı təlimatından da bəhs etdfi. “Vəziyyət düzələnədək komitə və komissiya iclaslarını dayandırmaq lazımdır”, xanım spiker bildirdi. S.Qafarova bildirdi ki, Azərbaycan dövləti təhlükənin böyüməsinin qarşısını almaq üçün bütün addımları atır: “Ancaq bu, adi epidemiya deyil və çox sürətlə yayılır. Ona görə də hər birimiz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Qanun layihələri qısa müddətdə qəbul edilib həyata keçirilməlidir ki, bu istiqamətdə lazımi işlər həyata keçirilsin”.
S.Qafarova təklif etdi ki, gündəlikdəki 4 layihənin bu gün ərzində və bir oxunuşda qəbul edək.
Məsələ səsə qoyularaq 115 səslə qəbul edildi.
İclas davam edir.
