|
Vahid Ələkbərov “Lukoyl”un 1 milyardlıq səhmini aldı

“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov şirkətin 1 milyard rubla yaxın dəyərində olan səhmlərini alıb. 

Musavat.com İnterfaks-a istinadən xəbər verir ki, alış martın 11-də  birjadan kənarda baş verib. V.Ələkbərov “Lukoyl”un 200 min səhmini 949,960 milyon rubl ödəməklə əldə edib.

Bununla da V.Ələkbərovun “Lukoyl”un nizamnamə kapitalındakı payı 3,081 faizdən 3,11 faizə yüksəlib.