Valyuta üçün banka gedənlərin sayı kəskin azaldı
Neftin dünya bazar qiymətinin kəskin azalması fonunda Azərbaycanda başlayan dollar ajiotajı demək olar ki, aradan qalxıb.
Bank mənbələrindən Musavat.com-a verilən məlumata görə, bu gün səhərdən dollar almaq üçün bank şöbələrinə gələnlərin sayı kəskin şəkildə azalıb: “Dünən gələnlərin sayına baxanda, bu gün kəskin azalma var. Hətta bir çox şöbələrimizdə ajiotaj yaranmazdan əvvəlki iş rejiminə keçmişik, çox az sayda müştərilər gəlir”.
Banklarda bu azalmanı əhali arasında devalvasiya təhlükəsinə görə yaranan təşvişin aradan qalxması və Nazirlər Kabinetinin koronavirus təhlükəsinə qarşı mübarizə məqsədilə ölkədə elan olunmuş xüsusi rejimlə əsaslandırırlar.
Bəzi banklarda dolların satış qiymətində də azalma qeydə alınıb.
