|
Mübariz Mənsimov sərbəst buraxıldı? - Təcili

Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda saxlanılıb.

Mənsimov İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılıb.

Onun ofisində axtarış aparılıb.

İş adamının FETÖ istintaqı çərçivəsində saxlanıldığı bildirilir.

Məlumatı Palmali Şirkətlər Qrupundan təsdiqləyiblər.

Əlavə məlumat yoxdur...

***

Mübariz Mənsimovun sərbəst buraxıldığı haqda Türkiyədə yaşayan azərbaycanlılar sosial şəbəkədə paylaşımlar ediblər.

Məsələ ilə bağlı Palmali Şirkətlər Qrupundan bildirilib ki, azərbaycanlı iş adamının sərbəst buraxılması ilə bağlı hazırda onlarda məlumat yoxdur.