|
Türkiyədə daha bir nəfər koronavirusa yoluxdu

Türkiyədə daha bir nəfərdə koronavirus aşkarlanıb.

Virtualaz.org bildirir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

“Dünən axşam nəticələri məlum olan test bizi kədərləndirdi. Daha bir koronavirus xəstəmiz var”, - nazir “Twitter”də bildirib.

Beləliklə, Türkiyədə koronavirus daşıyıcılarının sayı 2-yə çatıb.