|
Nyu-York meri şəhərdə fövqəladə vəziyyət elan etdi: “Böhran azı yarım il sürəcək”

Nyu-York meri Bill de Blazio koronavirus epidemyasının yayılması ilə əlaqədar şəhərdə fövqəladə tədbirlərin görülməsi barədə sərəncam imzalayıb.

Xəbər verildiyi kimi, hazırda Nyu-Yorkda 95 koronaviruslu xəstə var. Merin sözlərinə görə, 29 insan məcburi, 1784 vətəndaş isə karantinə yerləşdirilib.

“Sizi əmin edirəm ki, bütün bunlar mənim də ürəyimcə deyil. Lakin biz vəzifəmizi yerinə yetiririk”,-deyə mer mətbuat vasitəsilə şəhər sakinlərini sakitləşdirməyə çalışıb. Onun bildirdiyinə əsasən, son 24 saat ümumiyyətlə ağır keçib. Bill de Blazio böhran vəziyyətinin ən az yarım il davam edəcəyini bildirib.

Şəhər rəhbərlyinin qərarı ilə Nyu-York işçilərinin 10%-i (təqribən 35 min məmur) öz vəzifələrini distans, yəni uzaq məsafədən yerinə yetirəcəklər.

Qeyd olunur ki, Nyu-York ştatının qubernatoru Endryu Koumo da mart ayının 13-dən etibarən “500 və ya daha artıq insanın toplaşacağı” bütün kültəvi tədbirləri ləğv edilməsi haqqında əmr verib. E. Kuomo məktəb, xəstəxana və qocalar evinin, habelə ictimai nəqliyyatın öz işini davam etdirəcəyini söyləyib.

Bundan başqa, Nyu-Yorkun məşhur Brodvey teatrlarının tamaşaları da aprel ayının 12-nə qədər ləğv olunub. Bununla əlaqədar həmin teatrların daxil olduğu “Brodvey liqası” təşkilatı rəsmi məlumat yayıb.