“Milli Məclisin nüfuzlu olması hamının xeyrinədir, ilk növbədə hakimiyyətin”.
Deputat Zahid Oruc bu fikri Milli Məclisin plenar iclasında söyləyib. Parlament rəhbərliyini təbrik edən, spiker Sahibə Qafarova və Birinci vitse-spiker Əli Hüseynli barədə xoş sözlər söyləyən Z.Oruc ardınca Milli Məclisin rəhbərliyində müxalifətin təmsilçiliyini də təqdir etdi.
“Bəlkə gələcəkdə icra hakimiyyəti sistemində də müxalifət partiyalarına yer ayrılacaq”, - Z.Oruc bildirdi. Z.Oruc parlamentin yeni tərkibinin qarşısında qoyulan vacib məsələlərdən də bəhs etdi və Prezidentin Milli Məclisdəki çıxışını xatırlatdı.
“Biz bəzən bir saata 39 məsələni müzakirəyə çıxarıb qəbul edirdik. Mən qətiyyən köhnənin qarasınca danışmıram, bu, mənim xarakterimə uyğun deyil”, - deyən Z.Oruc parlamentin qarşısında duran əsas vəzifələrədən danışdı.
