|
Siyavuş Novruzov: “Əhalimiz narahat olmasın dövlət, dövlət başçısı onların yanındadır”

“Mən internet televiziyalarını izləyirəm. O gün də bir verilişə baxdım, biri Amerikadan, digər də Azərbaycandan bir nəfər, dərnək rəhbəri...Az qalırdılar durub oynasınalr, “neftin qiyməti düşüb, deməli, vəziyyət gərginləşəcək, bunlar hakimiyyətə gələcəklər”.

Bu fikirləri Milli Məclisin plenar iclasında komitə sədri Siyavuş Novruzov söylədi. YAP-çı deputat dollar və neft ətrafında yaşanan ajiotajdan bəhs edərkən bu duruma görə sevinənləri qınadı: “Əgər sən xalqın, millətin qədrini bilirsənsə, düşün ki, neft gəlirlərindən məktəb, bağça, şəhid aillərinə, müharibə veteranlarına ev tikilir, bunlar hamısı cəmiyyət üçündür. Bunlar nə Milli Məclisin deputatları, nə də digərləri üçündür, bu, xalq üçündür. Deməli, bunlar insanların yaxşı yaşamasının əleyhinə olan adamlardır. Ona görə də bizim mütəxəssislər mətbuta orqanlarına, televiziyalara çıxmalıdır, insanalra izah etməlidir ki, narahatlığa əsas yoxdur. Təkcə Ağsuda 1500, Şamaxıda 200 yeni ev tikilib. Dədə-babasının tikdiyi evdən yaxşı evlər tikilib insanlara verilir. Sel daşqınlarından sonra Saatlıda, digər rayonlarda 5 mindən çox ev tikildi”.

S.Novruzov narahatlığa əsas olmadığını söylədi: “Bu məsələdə əhalimiz narahat olmasın dövlət, dövlət başçısı onların yanındadır. Onların nə problemi varsa, dövlət həll edəcək”.