|
Neft yenidən kəskin ucuzlaşdı

Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun pandemiyaya keçdiyin elan etməsi fond birjalarının ardınca neft bazarında da qiymətlərin kəskin enişinə səbəb olub.

Bütün dünyada sərt karantin tədbirlərinin tətbiq olunması neft bazarında tələbin artmasına olan inamı daha da sarsıdıb ki bu da özünü qiymətlərdə dərhal büruzə verib. 

Bu gün səhər birjalar açılan kimi London birjasında Brent markalı neft 5 faizdən(1,88 dollar) çox ucuzlaşaraq 33,91 dollara düşüb. Dünən isə bu marka neft 1,43 dollar(3,84 faiz) itirməklə 35,79 dollara satılmışdı.

Nyu-York birjasında WTI nefti isə 5,09 faiz(1,68 dollar) dəyər itirərək 31,3 dollar olub. Dünənki sessiyada bu marka 1,38 dollara (4,02 faiz) ucuzlaşaraq 32,98 dollara satılmışdı.