|
"Elə bil, yemək dilənməyə getmişdik"

Aktrisa Pınar Altuğ hər həftə sonu getdiyi restoranda gözlənilməz münasibətlə qarşılaşıb. 

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktrisa həyat yoldaşı Yağmur Atacanla yollandığı məkanın bomboş olmasına rəğmən, küncdə yerləşən masaya dəvət edilib. Buna görə bərk əsəbiləşən Pınar müştərisi olduğu restoranı tərk edib. O, göstərilən münasibətə etirazını “Twitter”dən belə bildirib: 

“Bizi mətbəxin önündə - küncdə yerləşən masaya dəvət etdilər. Niyə digər yerlərdə otura bilmədiyimizi soruşanda “Ora müştərilərimizindir” dedilər. “Axı, biz də müştəriyik” sözlərimə restoran işçiləri “Siz çoxsunuz” cavabını verdilər. Elə bil, ora yemək dilənməyə getmişdik, qəribədir! Artıq hər həftə sonu yollandığımız məkan bizim üçün yoxdur”.