|
İqbal Ağazadə PA-ya çağırıldı

Ümid Partiyasının sədri İqbal Ağazadə Prezidenti Administrasiyasına çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

"Bu gün PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdük. İctimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri mövzusunda diskussiyamız oldu", - o bildirib.