|
Teylor Svift rekordunu təkrarladı

Amerikalı məşhur müğənni Teylor Svift karyera nailiyyətləri sırasına daha birini əlavə edib.

Axşam.az xəbər verir ki, İFPİ təşkilatının hesablamalarına görə 30 yaşlı müğənni ən çox albomu satılan müğənni kimi 1-ci yerə layiq görülüb.

İfaçının ötən il işıq üzü görən “Lover” adlı albomu 3 milyon nüsxə satılmışdı. 2020-ci ilin yanvarında isə satış 5 milyona qədər yüksəlib. Teylor bununla da 2014-cü ildəki rekordunu təkrarlamağı bacarıb.

Ed Şiran isə 2-ci, Post Malone isə 3-cü yerdə qərarlaşıb.

Top 10-luqda isə Billi Ayliş, "Queen” qrupu, Arianda Qrande, "BTS" qrupu, Dreyk, Ledi Qaqa və “The Beatles” qrupu da var.