İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanı yenidən fəallaşıb. AZƏRTAC “Antara” agentliyinə istinadla xəbər verir ki, martın 3-də vulkan 6 min metr hündürlüyə kül və tüstü püskürüb.
Qeyd edilir ki, yerli hökumət orqanları dağın ətrafında 3 kilometr radiusunda qadağa zonası tətbiq edib. Yaxınlıqda yerləşən Cokyakarta Hava Limanı işini dayandırıb.
Əlavə olaraq bildirək ki, Merapi İndoneziyanın ən fəal vulkanlarından biridir.
