|
İtaliya katolik kilsəsinin Azərbaycanla yaxınlaşması erməniləri məyus edib

Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri, səfər zamanı yüksək səviyyəli görüşlərin keçirilməsi, həmçinin iki ölkə arasında əməkdaşlığın inkişafını nəzərdə tutan sənədlərin imzalanması işğalçı Ermənistanda narahatlıq doğurub. 

Xüsusilə də Azərbaycan rəhbərliyinin Vatikanda keçirdiyi yüksək səviyyəli görüşlər İrəvanda pərtliklə qarşılanıb. Bir neçə il öncə Roma Papasını Ermənistana dəvət edən və onun saxta “soyqırım” abidəsini ziyarət etməsinə nail olan ermənilər Azərbaycan rəhbərliyinin yüksək səviyyəli səfərindən heç də məmnun qalmayıblar. Əslində Azərbaycan dövləti ilə Vatikan arasında əlaqələr uzun dövrü əhatə edir və ermənilərin bu münasibətlərə dil uzatmaq cəhdi axmaqlıqdan başqa bir şey deyil.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən hazırda Vatikanda bir neçə layihə həyata keçirilir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilir və artıq işlər başa çatmaq üzrədir. “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işləri də aparılır və layihənin 2020-ci ildə başa çatması nəzərdə tutulur. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi çərçivəsində son tamamlama işləri yekunlaşıb.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda ile ilgili görsel sonucu

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Bununla yanaşı, bu layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir.

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda katolik kilsəsinin rəhbəri Papa Fransisklə görüşüblər. Qonaqları salamlayan Roma Papası onların Vatikana səfərlərini və özünün 2016-cı ildə Azərbaycana səfərini xatırladaraq bu səfərdən məmnun qaldığını bildirib. Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunub. Bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda ile ilgili görsel sonucu

Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd edib, Azərbaycan hökumətinə, xüsusilə də fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulayıb ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq. Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub.

İlham Əliyev deyib ki, Papa Fransiskin Azərbaycana səfəri dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi rol oynayan ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edib ki, Azərbaycan bu baxımdan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir. Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. Prezident Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında qurulmuş münasibətlər əsasında aparılan əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu səfərlə bağlı Ermənistandakı narahatlığı və məyusluğu təbii saydı: “Azərbaycanın istənilən dövlətlə, o cümlədən Vatikanla əməkdaşlığını genişləndirməsi təbii ki, işğalçı Ermənistanı narahat edir. Düzdür, Ermənistan da müxtəlif dövlətlərlə əlaqə qurur. Ancaq onlar özləri də görürlər ki, müqayisədə Azərbaycandan çox geri qalırlar. Məsələn, dövlət başçısı İtaliyaya səfər edir, bu ölkə ilə Azərbaycanın ticarət mübadiləsi 6 milyard dolları keçir. İtaliya Azərbaycanın əsas neft alıcılarından biridir. Yəni Ermənistan İtaliya ilə nə qədər münasibət qursa da, bu rəqəmlərə gəlib çata bilməz. Eləcə də Avropada Ermənistanın ən yaxın tərəfdaşı olan Fransanın da Azərbaycanla ticari münasibətləri ən üst səviyyədədir. Yaxud Ermənistanın strateji müttəfiqi Rusiyanı götürək. Rusiyanın özünün də Azərbaycanla iqtisadi əlaqələri yüksək səviyyədədir. Bütün bunlar əlbəttə ki, Ermənistanı ciddi şəkildə narahat edir. O cümlədən Vatikanla münasibətlərin genişlənməsinə bu asbektdən yanaşmaq lazımdır”.