|
İsgəndər Həmidovun nəşi "Göy Məscid"ə gətirildi

Fevral ayının 26-da vəfat edən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun nəşi bu dəqiqələrdə Bakıdakı "Göy Məscid"ə gətirilib.

Bu haqda musavat.com-un hadisə yerində olan müxbiri məlumat verir. Əməkdaşımızın bildirdiyinə görə məscidin qarşısına xeyli insan toplaşıb. Ailə üzvlərinin bildirdiyinə sabiq nazir Sulutəpə qəbristanlığında dəfn ediləcək. Bu haqda İ.Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə özünün facebook hesabında yazıb.

Musavat.com Şəhriyar Məcidzadənin həmin statusunu təqdim edir: "Onu da itirdik..

Saat təxminən 11-də göy məsciddə olacağıq. Sulutəpədə xanımı dəfn olunan yerdə torpağa veriləcək. Mərasim Patamdarda bəyoğlunun yanında olan mərasim zalında olacaq".