|
İrandan Türkiyəyə uçan təyyarə təcili eniş etdi

İrandan gələn "Türk Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsi koronavirusla əlaqədar təcili eniş edib.

“Report” “Al Arabiya”ya xəbər verir ki, Tehran-İstanbul reysi üzrə hərəkət edən sərnişin təyyarəsi koronavirus şübhəsinə görə Ankaranın Esenboğa hava limanına enib.