|
Azərbaycan Avropa ilə müttəfiqlik yolunda

İlham Əliyevin İtaliyaya dövlət səfəri ölkəmizin Avropa Birliyi ilə strateji əlaqələrini yeni mərhələyə qaldıracaq - rəylər

Ötən həftə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya dövlət səfəri oldu. Azərbaycan prezidenti İtaliyanın prezidenti Sercio Mattarella, baş naziri Cüzeppe Konte, İtaliya parlamenti Senatının və Deputatlar Palatasının sədrləri ilə, İtaliyanın nəhəng şirkətlərinin rəhbərləri ilə görşülər keçirdi. İtaliya ilə Azərbaycan arasında 28 sənəd imzalandı. Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Roma Papası Fransisklə, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşləri oldu.

Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya dövlət səfərinin yekunları ilə bağlı AzərTAc-a müsahibə verib. Müsahibədə o bildirib ki, prezidentin İtaliyaya ilk dövlət səfərinin status, imzalanmış sənədlərin kəmiyyəti və keyfiyyəti, ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması və iqtisadi-ticari, hərbi-texniki, mədəni əlaqələr baxımdan müstəsna əhəmiyyəti var: “Bu, Azərbaycan dövləti başçısının İtaliyaya ilk dövlət səfəridir. Əvvəlki illərdə cənab prezident üçü rəsmi, ikisi isə işgüzar olmaqla beş dəfə İtaliyada səfərdə olub. İtaliya prezidenti Sercio Mattarella da 2018-ci ilin iyulunda Azərbaycana ilk rəsmi səfərini edib. Dövlət səfəri status baxımından səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur. Eyni zamanda bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir ki, bu da ölkəmizə və onun prezidentinə göstərilən xüsusi hörmətdən irəli gəlir. Səfər zamanı Azərbaycanın dövlət başçısına və birinci xanımına misli görünməmiş ehtiram və xüsusi diqqət göstərildi”.

İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını ile ilgili görsel sonucu

PA rəsmisinin sözlərinə görə, İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin edib: “Belə ki, hazırda Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Yüksək səviyyədə olan siyasi əlaqələrimiz var. Təcrübə göstərir ki, ölkələr arasında siyasi əlaqələrin mükəmməlliyi digər vacib istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradıb”.

Prezidentin köməkçisi həmçinin qeyd edib ki, ikitərəfli formatda strateji tərəfdaşlıq əlaqələri ilə yanaşı, ölkələrimiz çoxtərəfli müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər: “Xüsusilə İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən çox vacib ölkədir. İtaliya dünyanın 7-ci iqtisadiyyatı olaraq ”Böyük yeddiliyin", Avropa İttifaqı və NATO kimi təşkilatların üzvüdür, beynəlxalq münasibətlərdə öz çəkisi və rolu olan ölkədir. Görüşlərdə İtaliya tərəfindən Azərbaycanın çox vacib regionda yerləşməsi, çətin bir regionda yerləşməsinə baxmayaraq, çox uğurlu siyasət aparması və qonşu ölkələrlə sıx münasibətlər qurması, habelə ölkəmizin dünyəvilik ənənələri vacib amillər kimi qeyd olundu... Azərbaycan və İtaliya hərbi-texniki sahədə də əməkdaşlıq barəsində razılıq əldə ediblər. Bu sahədə əməkdaşlıq ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyəsinin və Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlığının coğrafiyasının genişliyinin təzahürüdür. Digər ikitərəfli əməkdaşlıq sahələrindən bəhs edərkən mədəni-humanitar sahədə son illər həyata keçirilən uğurlu təşəbbüsləri xüsusilə qeyd etmək lazımdır. Bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun rolu qeyd olunmalıdır. Heydər Əliyev Fondu tərəfindən İtaliyada müxtəlif layihələr reallaşdırılır. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən fəal dəstək göstərilir".

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov ile ilgili görsel sonucu

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov isə özünün feysbuk səhifəsində yazıb ki, 2020-ci ilin ilk ayları Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasət sahəsində zəngin fəaliyyəti ilə tarixə düşdü. Yanvar ayında Davosda Beynəlxalq İqtisadi Forumda iştirak edən, fevral ayında isə Münxen Təhklükəsizlik Konfransına qatılan prezident İlham Əliyev, eyni zamanda çoxsaylı görüş və hadisələrlə müşayiət olunan İtaliya səfərini həyata keçirdi: “Sadalananlar dövlətimizin xarici siyasət fəaliyyətinin intensivliyi ilə yanaşı, həmçinin Azərbaycanın beynəlxalq aləmdə rolu və əhəmiyyətinin durmadan artmasını sübuta yetirir. Prezident İlham Əliyevin İtaliya səfərini sözün həqiqi mənasında tarixi səfər adlandırmaq mümkündür. Dövlətimizin başçısına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək qarşılanma və qonaqpərvərlik bunun ən bariz ifadələrindən biri hesab edilməlidir. Etiraf edim ki, İtaliya kimi qədim və zəngin dövlətçilik ənənəsinə malik olan böyük Avropa dövlətində bu cür qarşılanmalara az təsadüf olunur. Səfərin tarixi əhəmiyyətinə dəlalət edən səbəblərdən biri kimi səfər çərçivəsində iki dövlət arasında 28 sazişin imzalanması qeyd oluna bilər. Bu fakt dövlətlərarası münasibətlərin həm mövcud vəziyyəti, həm də gələcək perspektivləri ilə əlaqədar tərəflərin məqsəd və mövqelərini nümayiş etdirir. İlham Əliyevin səfər çərçivəsində keçirdiyi çoxsaylı görüşlərdə dünya sivilizasiyasına əvəzsiz töhfələr vermiş İtaliya kimi dövlətin rəhbərlərinin Azərbaycanın, onun inkişafının, ələlxüsus ölkəmizin sivilizasiyaların dialoqunun inkişafı sahəsində xidmətlərinin yüksək qiymətləndirilməsi hər bir azərbaycanlının qəlbini haqlı olaraq qürur hissi ilə doldurur. Bu baxımdan Roma Papasının, bütünlükdə Vatikan dövlətinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafı sahəsində fəaliyyətini ayrıca qeyd etməsi xüsusi əhəmiyyət kəsb edir”.

Ə.Əhmədov qeyd edib ki, İlham Əliyevin Avropanın ən böyük aparıcı dövlətlərindən olan İtaliyaya tarixi səfəri ölkəmizin beynəlxalq aləmdə artan rolunun və əhəmiyyətinin birbaşa ifadəsi olmaqla yanaşı, həm də onun gələcək inkişaf perspektivləri haqqında aydın təsəvvürlər yaradır. Tarixi İtaliya səfəri prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək, ölkəmizin gələcək inkişafına əlavə töhfələr verəcək: “Ayrıca olaraq onu da qeyd etmək lazımdır ki, dövlət başçımızın hər bir uğurlu xarici səfəri, o cümlədən İtaliya səfəri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə beynəlxalq dəstəyin əhəmiyyətli şəkildə güclənməsi ilə müşayiət olunur”.

Beşinci çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı ile ilgili görsel sonucu

Beşinci çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya səfəri Azərbaycan dövlətçiliyi üçün çox ciddi əhəmiyyət kəsb edən ən unikal səfərlərdən biridir: “Bu səfərdə İtaliyanın prezidenti, Nazirlər Şurasının sədri, Senat rəhbərliyi, Vatikanın rəhbərləri ilə keçirilən görüşlər, Vatikanda Mehriban xanımın çox yüksək mükafata layiq görülməsi İtaliya və Azərbaycan arasında münasibətlərin son dərəcə yüksək olduğunu nümayiş etdirdi. Avropa ölkələri içərisində bu gün İtaliya ilə Azərbaycan arasında uzun illərdən bəri formalaşan və inkişaf edən münasibətlər özünün ən yüksək mərhələsinə daxil olub. Prezidentimizin çox yüksək səviyyədə qarşılanması, səfərin uzun müddətli olması, siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələri əhatə edən sənədlərin imzalanması, birgə qəbul edilən bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə təsbit olunması, Qarabağ probleminin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyinin birmənalı şəkildə təsdiq edilməsinin böyük əhəmiyyəti var. Ölkəmizin prezidenti və birinci vitse-prezidentinin keçirdiyi görüşlər çox məhsuldar oldu. Nəzərə alsaq ki, İtaliya Avropanın ən nüfuzlu dövlətlərindən biridir, Avropa İttifaqının aparıcı ölkələrindən biridir, dünya siyasətində İtaliya çox ciddi söz sahibidir, belə bir ölkə ilə Azərbaycanın yaxın münasibətlərinin ölkəmizin dövlət maraqları üçün çox böyük əhəmiyyət daşıdığını əminliklə söyləyə bilərik. İtaliya dövləti üçün Azərbaycan mühüm ölkələrdəndir. Bir sözlə, Azərbaycan prezidentinin və birinci vitse-prezidentinin İtaliyaya səfəri tarixi səfər oldu. Müstəqillik dövründə Avropa ölkələri ilə aparılmış olan ən müxtəlif danışıqlar, qarşılıqlı səfərlər içərisində bu səfər özünün özəlliyi ilə, miqyası ilə xüsusi fərqləndi”.