“İdlibdəki vəziyyət nəzarət olunmayan hərbi eskalasiyaya dönə bilər, bu səbəbdən Fransa və Almaniya sülh danışıqlarının dərhal bərpasını tələb edir”.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Avropa komissiyasının büdcəsi ilə bağlı keçirilən və uğursuz nəticələnən zirvə toplantısında söyləyib.
Onun sözlərinə görə, döyüş əməliyyatları Avropa İttifaqına daha 2 milyon insanın gəlməsinə gətirib çıxaracaq.
Fransa prezidenti bu məqsədlə həm Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla, həm Almaniya kansleri Angela Merkellə, həm də Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışıqları apararaq 4 ölkənin iştirakı ilə İstanbul formatında yeni zirvə görüşünün təşkil edilməsini istədiklərini bildirib.
Emmanuel Makron hazrıkı qarşıdurmada ABŞ-ın əlini olduğunu vurğulayıb. “Bütün bu olanlar ABŞ-ın Suriyadan çıxmasının nəticəsində baş verib. Buna görə də İdlibdəki vəziyyət iki dövlətin, yəni Türkiyə və Rusiyanın əlində qalıb”,-deyə o, qeyd edib.
Bundan başqa, Emmanuel Makron Rusiyanın Əsədə verdiyi dəstəyi sayəsində Suiryada əsl humanitar fəlakət yaşandığını və bunun tamamilə qəbuledilməz olduğunu vurğulayıb.
Qeyd etmək lazımdır ki, hazırda Türkiyə ərazisində 3,5 milyon suriyalı qaçqın yaşamaqdadır.
Avropa Birliyi rəsmi Ankaranın suriyalıları öz torpaqlarında saxlamağa görə 6 milyard dollar pul ödədiyini iddia edir.
