|
Türkiyə-ABŞ münasibətlərindəki “buzlar” əridimi - yeni gəlişmələr

Türkiyənin İdlibdə Suriya ordusuna qarşı təşkil edəcəyi əməliyyat ən pis ssenari ola bilər. “HaberGlobal”ın məlumatına görə, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

“Bu vəziyyətin qarşısının alınması üçün Türkiyə və Rusiya arasında dialoq davam edəcək”, - Peskov bildirib. Qeyd edək ki, bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə əməliyyatın başlanmasının an məsələsi olduğunu açıqlamışdı.

“Heç kim heç vaxt terrorçulara söz verməyib ki, onlara İdlibdə toxunmayacaqlar”. Bunu isə Rusiya XİN başçısı Sergey Lavrov deyib. “Bu barədə Rusiya və Türkiyə prezidentlərinin razılaşmasını oxuyun, hamı öz yerində oturacaq”, - Lavrov bildirib. Rusiya XİN başçısı qeyd edib ki, Moskva İdlib məsələsində Ankara ilə əməkdaşlığı davam etdirəcək.

M.Çavuşoğlu İdlible ile ilgili görsel sonucu

Qeyd edək ki, bundan əvvəl Türkiyə və Rusiyanın İdlib məsələsində anlaşa bilmədikləri barədə xəbərlər yayılmışdı.  

“İdlibdə əməliyyat an məsələsidir. Bir gecə qəflətən gələ bilərik”, - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi. Ərdoğan Rusiya ilə danışıqların fayda vermədiyini də diqqətə çatdırmışdı. “Artıq son xəbərdarlıqlarımızı edirik. Bu ana qədər arzu etdiyimiz nəticəyə çata bilmədik. Türkiyə İdlibdə əməliyyata başlamaq üçün bütün hazırlıqlarını tamamlayıb”- Ərdoğan bildirmişdi.

Moskvada Suriyadakı vəziyyətlə bağlı Türkiyə və Rusiya nümayəndə heyətləri arasında 17 fevralda baş tutan görüş barədə də müxtəlif yanaşmalar var. XİN başçısı Mövlud Çavuşoğlu deyib ki, müzakirələr nəticə vermədiyi təqdirdə prezidentlər səviyyəsində görüşlər davam etdiriləcək.

Bu arada, Suriyada Bəşər Əsədə sadiq qüvvələrin İdlibə hücumları nəticəsində son altı gündə 148 min mülki vətəndaş Türkiyə ilə sərhədə köçüb.

M.Çavuşoğlu İdlible ile ilgili görsel sonucu

M.Çavuşoğlu Moskvada İdliblə bağlı aparılan danışıqlar haqda danışarkən bildirib ki, qarşılıqlı şəkildə atəşkəsin bərpa edilməsi, Soçi razılaşmasına əməl edilməsi və digər məsələlər müzakirə edilib.

İdlib böhranı ilə bağlı yeni barışıq martın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında əldə edilə bilər.

Axar.az xəbər verir ki, bunu Energetika Bazarları Siyasəti İnstitutunun direktoru Volkan Özdəmir bildirib.

“Türkiyə Suriyada daha bir hərbi hücuma cəhd edərsə, Qərb düşərgəsindən kömək gəlməyəcək. Bu məsələ Türkiyə ilə Rusiyanın əlaqələrini dondurmaq və ölkəni təkrar Qərbin düşərgəsinə çəkmək olar. İdlibdə sıxışıb qalmaq Türkiyəyə Liviyadan daha baha başa gələ bilər”, - Özdəmir söyləyib.

İdlib məsələsinin Şərqi Aralıq dənizi ilə əlaqəli olduğuna diqqət çəkən Özdəmir Türkiyənin vaxtilə rus hərbi təyyarəsini vurmasından sonra da tək qaldığını vurğulayıb.

Özdəmir bildirib ki, liderlərin görüşündə İdlib böhranı həllini tapa bilər.

Qeyd edək ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu açıqlamasında rusiyalı həmkarları ilə İdlib görüşünün nəticə verməyəcəyi təqdirdə hər iki ölkə prezidentinin görüşə biləcəyi mesajını verib.

ABŞ prezidenti Donald Tramp isə İdliblə bağlı problemlərin həlli üçün Türkiyə prezidenti Ərdoğanla birgə işlədiklərini deyib. Avropa.info xəbər verir ki, o, bu sözləri jurnalistlərə müsahibəsində Ərdoğanla keçirdiyi telefon görüşünü şərh edərkən deyib. Ərdoğanı “güclü və sərt” lider adlandıran Tramp Ərdoğanla yaxşı münasibətinin olduğunu qeyd edib. Keçən həftə sonu iki lider arasında keçirilən telefon görüşündən sonra Ağ Ev humanitar fəlakətin qarşısını almaq üçün göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür etmişdi. Hesab olunurdu ki, artıq ABŞ və Türkiyə arasında “buzlar” əriyib və anlaşma əldə olunub.

Erdoğan İdlib ile ilgili görsel sonucu

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İdlibdəki vəziyyət üzərində çalışırıq”- Tramp deyib. “Ərdoğanla yaxşı söhbətimiz olub. O, sərt oğlandır, lakin yaxşı münasibətlərimiz var. O istəmir ki, orada minlərlə, onminlərlə insanı öldürsünlər”, - deyə Ağ Ev rəhbəri bildirib.

Bundan öncə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyəyə səfər etmişdi. Cefri jurnalistlərə açıqlamasında bildirib ki, səfərdə məqsəd İdlib problemi ilə bağlı rəsmi Ankaraya dəstək olmaqdır: “Türkiyə hökuməti ilə sözügedən problemi gözdən keçirmək və mümkün olduğu qədər məsələnin həllinə dəstək vermək istəyirik”. Çeyms Cefri bildirib ki, ABŞ  NATO müttəfiqi olan Türkiyənin hərbi qüvvələrinin İdlibdə təzyiqlərə məruz qalmasına qarşıdır.

Bəzi ekspertlər Türkiyə və ABŞ arasında vaxtaşırı gərginliklərin yaşandığını, hətta bu gərginliyin NATO-dan imtina müzakirələrinə qədər davam etdiyini xatırladan bəzi ekspertlər budəfəki yaxınlaşmanı da nisbi hesab edirlər. Belə rəy var ki, Vaşinqton daha çox Ankara-Moskva əlaqələrinin qırılmasında maraqlıdır.

Elxan Şahinoğlu: ile ilgili görsel sonucu

“Hesab etmirəm ki, ABŞ-Türkiyə münasibətləri qaydasına düşdü. Çünki sualların sayı azalmayıb. Sadəcə, Vaşinqton Türkiyə-Rusiya arasındakı münasibətlərdə yaranan müəyyən gərginlikdən öz maraqları və məqsədləri üçün istifadə etməyə çalışır”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu  “Yeni Müsavat”a açıqlamasında belə dedi. Ekspertin sözlərinə görə, İdlib məsələsində Vaşinqton guya Türkiyəni tam dəstəkləyir: “Amma Ankarada başa düşürlər ki, Vaşinqtonun məqsədi Türkiyə-ABŞ münasibətlərini inkişaf etdirmək, sualların sayını azaltmaq deyil, sadəcə, Rusiya-Türkiyə gərginliyindən istifadə etməkdir. İnanmıram ki, Türkiyə bu tələyə düşsün. Prezident Ərdoğan və XİN rəhbəri Çavuşoğlu açıq şəkildə deyirlər ki, İdlib məsələsində Moskva ilə münasibətlərdə suallar yaransa da, Rusiya ilə iqtisadi, ticarət və siyasi əlaqələrdən qopmayacaqlar”.    

“Türkiyə Suriyada fəallığını artırsa və ya təxribatlara cavab versə, Qərb yenə də dəstək verməyəcək”. E.Şahinoğlu Türkiyənin Suriyada yenidən hərbi əməliyyat keçirəcəyi təqdirdə Qərbin rəsmi Ankaranı tək qoyacağı iddiaları haqda Axar.az-a danışarkən deyib. O qeyd edib ki, Türkiyə PKK ilə mübarizə aparanda Qərb terror təşkilatına dəstək verirdi: “Avropa dövlətləri və ABŞ PKK-nı terror təşkilatı siyahısına salmışdı, amma PKK-ya bu ölkələrdən maliyyə axını gəlirdi. Türkiyə həm PKK hücumlarına qarşı, həm də Suriyada antiterror əməliyyatlarına başlayarkən üzv olduğu NATO ölkələrindən dəstək istəmişdi. Çünki NATO-nun 5-ci maddəsinə görə, Alyansın bir üzvünə edilən hücum digər üzvlərə də edilmiş sayılır. NATO üzvləri Türkiyə ərazisinə bir-iki raket yerləşdirdilər ki, guya dəstək verirlər. Daha sonra da həmin raketləri geri çəkdilər. Əlbəttə, Qərbə inanmaq olmaz. Türkiyə özü də Qərbə inanmır. Siyasi mərkəzlər bilirlər ki, Suriyada heç kim Türkiyəyə dəstək verməyəcək”.

Vaşinqtondan Ankaraya zənglərin sayının çoxaldığını vurğulayan politoloq bildirib ki, Qərb Rusiya ilə Türkiyə arasında problemlərin yarandığını görür: “Onlar maraqları üçün Rusiya-Türkiyə münasibətlərini gərginləşdirmək istəyirlər. Bunu əslində Türkiyədə də başa düşürlər. Türklər anlayır ki, Rusiya ilə fikir ayrılığına baxmayaraq, körpüləri yandırmaq düzgün olmazdı. Bunun hər iki tərəfə ziyanı dəyəcək, qazanan isə ABŞ olacaq. Belə bir addımı da Ankara atmaz. Ona görə Türkiyə Suriyada müəyyən qədər təhlükə ilə üz-üzədir. Bəşər Əsədə də mesaj göndərilib ki, əgər İdlibə yeni hücumlar təşkil olunsa, Türkiyə ordusu adekvat cavab verəcək”.

Qeyd edək ki, türkiyəli politoloq Volkan Özdəmir Türkiyənin Suriyada daha bir hücuma cəhd edəcəyi təqdirdə Qərb düşərgəsindən kömək gəlməyəcəyini vurğulayıb.