Türkiyə Hava Yollarının idarə heyətinin sədri Hamdi Topçu istefa verib.
Cia.az-ın məlumatına görə, Hamdi Topçunun istefa verəcəyi barədə xəbərlər uzun müddət idi ki, mətbuatda gedirdi.
Son məlumatlara görə, Topçunun yerində İlkər Aycının təyin ediləcəyi bildirilir.
Aycı hazırda İnvestitiya Agentliyinin sədri vəzifəsində çalışır. Hamdi Topçunun hakim Ədalət və İnkişaf partiyasından millət vəkilliyinə namaziədliyini irəli sürəcəyi bildirilir.
Hamdi Topçu 12 ildir ki, THY-ın idarə heyətinin sədri vəzifəsində çalışır. Bundan başqa Topcu Türkiyə Futbol Federasiyasnın Yoxlama Qurumunun sədri vəzifəsində də çalışıb.
