|
Ukraynada vəziyyət gərginəşdi - Rusiya ordusu cəbhədə hücuma keçib

Rusiya ordusu Ukraynanın işğal etdiyi Donbasın bir hissəsindən Ukrayna silahlı qüvvələrinin yerləşdiyi mövqeyə doğru hücuma keçib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu səhər “separatçılar” Novotoşkovsk, Orexovo, Krımskoe və Xutor Volnıy məntəqələrinə doğru irəliləməyə cəhd ediblər.

Ukraynanın birləşmiş qüvvələrin əməliyyatlar qərargahından verilən məlumatlara görə, qarşı tərəf Minsk sazişləri ilə qadağan olunan 120 mm-lik minaatanlardan, habelə iri kalibrli pulemyot və qumbaraatanlardan istifadə edir.

Müdafiə nazirliyi əsgərlər arasında itkilərin olduğunu bildirib.

Rusiyayönümlü “Sputnik” telekanalı isə Rusiyanın dəstəklədiyi hərbi birləşmələrin artıq iki dayaq məntəqəsini ələ keçirdiklərini xəbər edib. Hazırda ağır döyüşlər getdiyi barədə məlumatlar gəlir.

Donbasda vəziyyətin ağırlaşması ilə əlaqədar prezident Vladimir Zelenski Milli təhlükəsilik və müdafiə şurasının təcili iclasını çağırıb. Burada şuranın katibi, Ukryana ordusunun qərargah rəisləri, daxili işlər naziri və Milli Təhlükəsizlik Xidmətinin direktoru iştirak edəcək.