|
İstintaq təcridxanasında nikah mərasimi

İstintaq təcridxanasında nikah mərasimi keçirilib.

Bu barədə APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, 3 saylı İstintaq Təcridxanasında saxlanılan Rüstəmov Filidan Əhliman oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar Xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. Təcridxananın inzibati binasında 2 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Leyla Ağayeva və Aygün Hüseynova tərəfindən Rüstəmov Filidan Əhliman oğlunun vətəndaş Hüseynova Sevinc Sədrəddin qızı ilə nikahı qeydə alınıb.