|
Heydər Əliyev prospektində baş vermiş avtoqəza sıxlığa səbəb olub - FOTO

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, avtoqəza əsas yolun metronun "Koroğlu" stansiyası istiqamətində qeydə alınıb.

Bu səbəbdən də qeyd edilən yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.