|
Rusiyada helikopter qəzaya uğradı, ölənlər var

Rusiyanın Yamalo-Nenets muxtar dairəsində Mİ-8 helikopter sərt eniş edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, nəticədə helikopterin hər iki pilotu ölüb.

8 sərnişin isə həkimlərin müayinəsi altındadır.

Məlumata görə, hadisəyə səbəb qar çovğunu olub.