|
İbrahim Tatlısesdən 27 gün sonra ilk dəfə...

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesdən yaxşı xəbər gəlib. 
Cia.az xəbər veirir ki, bir neçə gün öncə beyin əməliyyatı keçirən Tatlısesin vəziyyəti artıq yaxşıya doğru gedir. 
ABŞ-da əməliyyat olan İbrahim Tatlısesi dostları yalnız buraxmır. Sibel Can xəstəxana otağında məşhur müğənnini ziyarət edib. Tatlıses Sibel Canla şəkil də çəkdirib və həmin fotonu Instagram hesabından paylaşıb. Şəkildə Tatlısesin kefinin bir xeyli yaxşı olduğu görünür.
 27 gün sonra havaya çıxan Tatlıses paylaşdığı fotosuna belə yazıb: "27 gün sonra ilk dəfə çölə çıxdım, saqqallı, maqqallı".
Digər fotosu isə Sibel canla olub. Fotonun altına "Oy Mayami Mayami, Sibel sənə doyami" qeydini yazan Tatlıses və Sibel Canın nəşəli olduqları gözlərdən qaçmayıb.
Fotoya sənətçini sevənlərdən çox sayda şərh gəlib.

Cia.az